Milli Məclisdə Fransa müstəmləkəsində olan ərazilərdəki nümayəndələrlə görüş keçirilib.

XALQ.AZ xəbər verir ki, Korsika Xalqına Dəstək Qrupunun üzvü Cavanşir Feyziyev parlamentdə Fransa müstəmləkəsində olan ərazilərdəki nümayəndələrlə görüşdə çıxış edib.

O bildirib ki, Fransa kimi ölkələr hələ də işğal siyasətini davam etdirirlər və buna qarşı çıxan Azərbaycan kimi ölkələrə təzyiq göstərməyə çalışırlar: “Lakin biz bu istiqamətdə öz mövqeyimizdən çəkilməyəcəyik və sizin yanınızda olacağıq. Təəssüf hissi keçiririk ki, bu gün hələ də müstəmləkəçilikdə yaşayan xalqlar var. Əlbəttə, uzun müddətdir ki, BMT çərçivəsində bu müstəmləkəçiliyə son qoyulub və bir sıra ölkələr artıq azaddırlar.

Təəssüflər olsun ki, Fransa kimi ölkələr hələ də müstəmləkəçilik siyasətini davam etdirir, xalqların hüquqlarını pozur, resurslarını istismar edir. 200 il Rusiya müstəmləkəçiliyində yaşayan ölkə olaraq biz sizin azadlıq mübarizənizi yaxşı başa düşürük. Buna görə də Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda neomüstəmləkəçilik və neonkolonizm məsələsini gündəmə gətirir. Fürsətdən istifadə edərək BTQ-nin bu istiqamətdə apardığı işlərə görə təşəkkür edirəm.

Azərbaycan bütün vasitələrdən istifadə edərək sizin səsinizi dünyaya çatdırmağa çalışacaq. Sizin azadlıq uğrunda mübarizənizi yüksək qiymətləndiririk”.


media-ads728x90

Bənzər xəbərlər