“Leobank” vətəndaşın kartını bloklayıb – Şikayət

“Leobank” vətəndaşın kartını bloklayıb, kartda olan vəsaitini isə geri qaytarmır.

Bu problemlə Kamin Faiqoğlu üzləşib. O bildirib ki, problemlə əlaqədar müraciətlərinə baxılmır:

“Şikəyətim “Leobank” və ona cavabdeh olmayan “Unibank”dandır. Kartımı və məbləğimi blok ediblər. Səbəbini bu 2 bankda heçkim bilmir, ancaq deyirlər ki, vergilərə yaxınlaşın və yaxud zəng edin.
15 gündən çoxdur ki, Vergilərə yaxınlaşıram adamı sayan yoxdur, qəbul etmirlər, bir məlumat təqdim etmirlər. “Unibank”ın Yasamal filialına dəfələrlə yaxınlaşıb şikayət edirəm, kömək istəyirəm, yardım edən yoxdur. “Leobank” kartımı blok edib, ancaq özləri də kömək edə bilmirlər.
Kartı blok edə bilərlər, müştəri olmağımdan imtima edə bilərlər, lakin mənim şəxsi vəsaitimi mənimsəməyə haqqları yoxdur. Artıq DİN-ə şikəyət etməyi düşünürəm. Bank əməkdaşları, mən kartı deyil, vəsaitimi tələb edirəm sizdən!”.

Qaqrşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.