Sex içindəki avtomobillə birgə yanıb

yandi

Salyan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1056 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 216 kv.m sahədə yanıb.

XALQ.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın zamanı təmirə dayanmış sahibi məlum olmayan “VAZ” markalı minik avtomobilinin yanar hissələri də yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.