Son 10 ildə İKT sahəsində artım olub

 

10

Ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru hər üç ildə 2 dəfə genişlənmişdir. Son 10 ildə sektor üzrə orta illik artım tempi 20-25 faiz təşkil etmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Xalq.az  bidlirmişlər ki, son 5 ildə mobil sahənin ümumi gəlirlərdə xüsusi çəkisi 67,5 faizdən 59,5 faizə düşmüşdür. İnternetin payı 2,9 faizdən 6,6 faizə, informasiya texnologiyaları istehsal sahəsinin payı isə 1,4 faizdən 2,7 faizə yüksəlmişdir. Sabit şəbəkənin payı təqribən 20 faiz olmuşdur.
Bu dövrdə Azərbaycanda internet bazarının həcmi təxminən 4 dəfə, informasiya texnologiyalarının istehsal sahəsi isə 3 dəfə genişlənmişdir.