Tovuz rayonunda payızlıq taxıl səpini başlamışdır

 

03

Tovuz rayonunda payızlıq taxıl əkininə başlanılmışdır.
Rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, bu mövsümdə 10 min hektardan çox sahəyə taxıl səpiləcəyi gözlənilir. Taxılçılıqla məşğul olan fermerlər, eləcə də digər torpaq mülkiyyətçiləri səpin kampaniyasına mütəşəkkil hazırlıqla başlamışlar. Qısa müddətdə 5 min 100 hektar sahə şumlanmışdır. Bir neçə gündə 65 hektara toxum səpilmişdir.

 


Tovuzda meyvə yığımı davam edir

 

Tovuz rayonunun meyvəçiliklə məşğul olan fermerləri 889 hektar bağda bol məhsul yetişdirmişlər.
Rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, hazırda bağlardan meyvə tədarükü davam edir. Sahibkarlar bağlardan hələlik 13 min 345 ton məhsul toplamışlar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 383 ton çoxdur.